Azəri
Monday 20th of August 2018

Gözəl əxlaq 10 rəvayətdə

Gözəl əxlaq 10 rəvayətdə

Əgər gözəl əxlaq sahibi olmaq istəyirsənsə, haramlardan uzaq ol
1. Rəsuli-əkrəm (s) buyurmuşdur: “Həqiqətən mən gözəl əxlaqları kamala yetirmək üçün məbus olmuşam”. (“Məkarimul-əxlaq”, s. 8)

2. İmam Əli (ə) buyurmuşdur: “Sizə, əxlaqi kəramətləri kəsb etməyi tövsiyə edirəm. Çünki onlar yüksəliş və başıucalığın mənşəyidir. Pis xasiyyətlərdən uzaqlaşın, Çünki onlar şərəfli insanları alçaq edər, əzəmət və alicənablığı aradan götürər”. (“Biharul-ənvar”, c.78, səh.53, hədis 79)

3. “Özünü bütün alçaqlıqdan təmizlə, gözəl əxlaqı əldə etmək üçün bütün gücünü işə sal ki, günahlardan azad olub, kəramətlər qazanasan”. (“Təsnifi Qurərul-hikəm və durrul-kəlam”, səh. 240, hədis 4862)

4. Cənnətə ümidimiz, cəhənnəmdən qorxumuz, savab və cəza olmasaydı da yenə yaxşı olardı ki, gözəl əxlaqlar ardınca olaq. Çünki müvəffəqiyyətin rəmzi gözəl əxlaq əldə etməkdir. (“Mustədrəkul-vəsail”, c. 11, səh. 193, hədis 12721)

5. İmam Cəfər Sadiq (ə) gözəl əxlaqın mənası barədə verilən sualın cavabında buyurdu: “Sənə zülm edən kəsə güzəştə getmək. Səninlə əlaqəni kəsən şəxslə əlaqəni bərpa etmək. Səndən bir şeyi əsirgəyənə bəxşiş etmək. Haqqı danışmaq, hərçənd sənin ziddinə olsa da”. (“Məanil-əxbar”, səh.191, hədis 1)

6. İmam Əli (ə) buyurmuşdur: “Gözəl əxlaq yalnız iffət və fədakarlıqla kamala yetər”. (“Təsnifi Qurərul-hikəm və durrul-kəlam”, səh. 256, hədis 5418)

7. İmam Əli (ə) buyurmuşdur: “Əgər gözəl əxlaq sahibi olmaq istəyirsənsə, haramlardan uzaq ol”. (“Təsnifi Qurərul-hikəm və durrul-kəlam”, səh. 317, hədis 7317)

8. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-Taala Öz Peyğəmbərinə (s) əxlaqi kəramətləri ilə imtiyaz verdi. Beləliklə, siz də özünüzü imtahan edin. Əgər bu xoş xasiyyətlərdən sizdə varsa, Allaha şükr edin və bu kəramətlərin artmasını diləyin”. Sonra İmam (ə) onlardan onunu saydı: “əminlik, qənaət, səbr, şükr, dözümlülük, xoş xasiyyət, səxavət, qeyrət, şücaət, mərdlik”. (“Əmali”, Şeyx Səduq, səh.221, hədis 8)

9. İmam Sadiq (ə) mədainli cərraha buyurdu: “Sənə gözəl əxlaqın nə olduğunu deyimmi? Camaata güzəştə getmək, onları öz malında şərik etmək və Allahı çox zikr etmək”. (“Vəsailuş-şiə”, c. 15, səh. 199, hədis 20273)

10. İmam Sadiq (ə) buyurmuşdur: “Gözəl əxlaq ondur. Əgər bacarsan onları əldə et: ... çətinlikdə dözüm, doğruçuluq, əmanətdar olmaq, sileyi-rəhim, qonaqpərvərlik, ehtiyacı olana təam vermək, yaxşılıqların əvəzini vermək, qonşunun hörmətini saxlamaq, dostun haqqına riayət etmək və onların ən başlıcası həya”. ("Xisal”, səh.431, c.2 hədis 1)

latest article

      Bütün təqva Allah Təalanın bir ayəsində
      Əxlaqı dəyişdirmək mümkündürmü?
      Nikаhın tәrki Аllаhа qаrşı şübhәdir
      Riya və təkəbbür
      ƏQİDƏ, QƏBİLƏ, QƏNİMƏT
      Bu qadınlarla ailə qurmayın?!
      ƏQILIN QIZMIŞ DƏMIRDƏN NALƏSI
      LOĞMANİ – HƏKİM
      FIRONA VƏ ONUN YAXIN ƏTRAFINA GƏLƏN BƏLALAR
      Övlad tərbiyəsi

user comment