Azəri
Saturday 26th of May 2018

Qəflət azğınlıqla nəticələnir

Qəflət azğınlıqla nəticələnir

Mömin insan təhlükədə olduğunu bir an da unutmamalıdır. Çünki onun ayağı altda daim süqut edə biləcəyi cəhənnəm dərəsi qaynamaqdadır. O, bir tərəfi ilahi mərhəmət, digər tərəfi əbədi əzab olan fəzadadır. Onun süqut etməyəcəyinə heç bir zəmanət yoxdur. Bəli, insan daim uçurum kənarındadır. Bu uçurumdan aşağı insan üçün əbədi əzab vadisi uzanır. Əgər ölüm hər şeyə son qoysaydı, çox asan olardı. Amma həqiqət başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm dərəsinə yuvarlana bilər. Bəziləri çətinliyə düşdükdə ölüm arzulayırlar. “Kaş ölüb, rahatlaşaydım”, deyirlər. Amma onlar unudurlar ki, ölümdən sonra əbədi həyat başlanır. Bu həyat xoşbəxt ola biləcəyi kimi, bədbəxt də ola bilər. Hətta imanlı insanlardan da belə sözlər eşidirik ki, “Pərvərdigara, artıq bu çətinliyə dözə bilmirəm, məni öldür.” Belələri bu dünyanın dərdlərinə, çətinliklərinə qarşı müqavimət qüvvəsini itirənlərdir. Onlar Allahın qəzasına dözə bilmir, ölümü daha asan sayırlar. Onların nəzərincə, bu dünyanın dərdləri ölüm və ölümdən sonrakı həyatın mümkün ağrılarından daha dözülməzdir.
Qurani-kərim qiyamət gününün sonsuz ağrıları barədə cəhənnəm əhlinin dilindən buyurur: “Ey Malik (cəhənnəm

gözətçisi), qoy Rəbbin bizi öldürsün...” Onlara cəhənnəm əzabı o qədər ağır gələr ki, cəhənnəm mələyindən ölüm istərlər. Malik isə onlara belə cavab verər: “Siz həmişəlik qalacaqsınız”Bəli, ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki, dünya və axirət çətinliklərinin əksəri insanın qəflətindən, diqqətsizliyindən yaranır. Qəflətdə olan insan qarşıda onu gözləyən təhlükədən xəbərsiz qalır.
Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab etsə, rahatlığını itirər, daim diqqətli olar. İnsan bir qədər düşünüb, qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa, çox səmərəli bir əhvali-ruhiyyə əldə edər. Allah övliyalarının göz yaşları, Əbu-həmzə duası və digər münacatlar yalnız uyğun diqqət nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə qapı aça bilər.
Bəli, bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı təhlükələrə diqqətsizliyimizdir. Əgər insan düşünsə ki, dünya həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən şölələnmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə bağlayar, əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal yaranır. Bu halda olan insan üçün ən zəruri iş Allahın ipindən yapışmaqdır. Qurani-kərim və Əhli-beyt (ə) bu kədərli halı müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər. Bəli, təhlükələrdən xilas olmaq üçün möhkəm ilahi ipdən yapışmaq lazımdır.
“Bəqərə” surəsinin 256-cı ayəsindəki “urvə” kəlməsi dəstək mənasını daşıyır. İnsanın yıxılmamaq üçün yapışdığı yer “urvə” adlanır. Müxtəlif qabların, kuzələrin qulpuna da “urvə” deyirlər. Amma insan təhlükə zamanı hər şeydən yox, möhkəm bir şeydən yapışmaq istəyir. Bu möhkəmliyi ayədəki “vusqa” kəlməsi ifadə edir. İnsan süquta uğramamaq üçün ən etibarlı hesab etdiyi şeyə əl atır. Bu, onun fitri ehtiyacıdır. Diqqətli insan bu ehtiyacı hiss edir və təhlükədən qurtarmaq üçün daim axtarışda olur. Allah-təala insana xəbərdarlıq edərək buyurur: “Allahdan başqasını dost tutanlar yuva qurmuş hörümçəyə bənzəyirlər. Şübhəsiz ki, evlərin ən zəifi hörümçək yuvasıdır.”
Dünya və onda olanlar insanın təhlükədən xilas olmasında hörümçək toru tək zəif və etibarsızdır. Yeganə qurtuluş yolu Allahın qırılmaz ipindən yapışmaqdır. Kimsənin qıra bilməyəcəyi yeganə etibarlı vasitə həmin ilahi ipdir. Allahla bağlılığı güclü olan insan bu qırılmaz ipdən yapışmışdır. Qurani-kərim “lənfisamə ləha”, yəni “bu ip qırılmaz”, buyurur. Bütün başqa iplər gec-tez qırılasıdır. Bizim uzun hesab etdiyimiz müddətlər ilahi miqyasda çox kiçikdir. “Həqiqətən, onlar həmin əzabı uzaq görürlər”- buyurur Allah-təala. İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün dünyəvi vasitələrə əl atır. Əslində isə insanı xoşbəxtliyə qovuşdurası yeganə yol Allah yoludur.
Əlbəttə ki, Allah yolunun müxtəlif nümunələri ola bilər. Məsələn, “Allahın ipindən birgə yapışın” ayəsində “Allahın ipi” kəlməsi müxtəlif cür təfsir olunur. Bəzən Quran, bəzən İslam, bəzən Əhli-beyt, bəzən isə məsum imamların vilayəti “Allahın ipi” hesab olunur. Amma bütün təfsirlərin arxasında Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən şəxs Allaha bağlanmalıdır. Quranın bütün hökmlərini qəbul edib, əmələ başlamaq həmin qırılmaz ipdən yapışmaq, Allaha bağlanmaqdır. Bəzən “ip” əvəzinə “səbəb” kəlməsi işlədilir. Əslində “səbəb” kəlməsinin də ərəbcə lüğət mənası “ip” və ya rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı ifadə edir. Allah-təala buyurur: “ Ona (Allaha) vasitə, yol axtarın.” Bu ayənin nümunələrindən biri Əhli-beytə (ə) təvəssüldür. İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır, Allahın məsum imamlarını vasitə seçir. Bəli, qurtuluş üçün ən yaxşı yolu seçmək lazım gəlir.
Həzrət Əli (ə) sözünün davamında buyurur: “Səni Allahla bağlayan vasitədən möhkəm vasitə varmı?!” Bəli, biz Allaha bağlılıq vasitəsi tapmağa məcburuq. Əslində sənin varlığın Allahla rabitənin özüdür. Əgər Allahın istək və iradəsi, Onunla bağlılıq olmazsa, sən və bütün bu aləm duruş gətirərmi? Bizim varlığımız təkvini, təbii cəhətdən Allaha bağlıdır. Varlıq aləmi Onun iradəsindən asılıdır. Bundan möhkəm bağlılıq ola bilərmi? Allahla bəndə arasındakı rabitədən güclü rabitə hansıdır?!
Ona görə də Həzrət (ə) əvvəlcə təqvanı tövsiyyə edir, sonra isə zikr və Allahın xatırlanmasını tapşırır. Nəhayət, diqqətimizi ona yönəldir ki, təhlükələrdən xilas olmaq üçün yeganə çıxış yolu Allaha bağlılıqdır. Allah kimsəni zorla bu rabitəyə qatmır. Yalnız insan özü Ona üz tutduqdan sonra hifz olunur. Dünya zor dünyası deyil. Hər kəs həyat yolunu özü seçir. Əgər irəli addım atıb, Allahın ipindən yapışsan, O səni hifz edəcək. Əgər Ona arxa çevirib, uzaqlaşsan, ardınca gəlməyəcək. Qurani-kərimdə buyurulur: “O istəsəydi, hamınızı hidayət edərdi.” Ayədən məlum olur ki, hidayət olmaq istəyən şəxs mütləq özü Allaha əl açmalıdır. Dünya həyatında daim ətrafdakılara əl açan bizlər nədənsə yeganə həqiqi xilaskarımıza əl açmağı unuduruq. Allahın möhkəm ipinə sarılmayıb, təhlükəyə düşən insan özü müqəssirdir.
Administrator
Yazı, tərcümə olunmuş kitabların elektron versiyası əsasında hazırlanıb.

latest article

  Orucluğa səbr et!
  Həzrət Məsumə (ə.s) cavab verdi...
  Əbu Bəkrin e`tirafı
  Əli (ə) - Peyğəmbərin (s) şagirdi
  Həzrət Əli (ə) - Uşaqlıq dövrü
  Fatimeyi- Zəhranın (ə.s) kəlamının dəyəri
  Möhtərəm ustad Hüseyn Ənsaryanın,
  6-RƏHMƏT HAQQINDA HEKAYƏLƏR
  5-RƏHMƏT HAQQINDA HEKAYƏLƏR
  VARLIQ ALƏMI

user comment

بازدید ترین مطالب سال

انتخاب کوفه به عنوان مقر حکومت امام علی (ع)

داستانى عجيب از برزخ مردگان‏

حکایت خدمت به پدر و مادر

فلسفه نماز چیست و ما چرا نماز می خوانیم؟ (پاسخ ...

سِرِّ نديدن مرده خود در خواب‏

چگونه بفهميم كه خداوند ما را دوست دارد و از ...

رضايت و خشنودي خدا در چیست و چگونه خداوند از ...

سرانجام كسي كه نماز نخواند چه مي شود و مجازات ...

طلبه ای که به لوستر های حرم امیر المومنین ...

شاه کلید آیت الله نخودکی برای یک جوان!

پر بازدید ترین مطالب ماه

حاجت خود را جز نزد سه نفر نگو!!

فضیلت ماه مبارک رمضان

عظمت آية الكرسی (1)  

مرگ و عالم آخرت

با این کلید، ثروتمند شوید!!

ماه رمضان، ماه توبه‏

منظور از ولایت فقیه چیست ؟

ذکری برای رهایی از سختی ها و بلاها

آيا فكر گناه كردن هم گناه محسوب مي گردد، عواقب ...

رفع گرفتاری با توسل به امام رضا (ع)

پر بازدید ترین مطالب روز

تنها گناه نابخشودنی

نجات یک جوان مست با دعای ندبه

داستان شگفت انگيز سعد بن معاذ

موضوعات اخلاقی - جلسه دهم - خدیجه سلام الله ...

مطالب ناب استاد انصاریان در «سروش»، «ایتا»، ...

راه ترک خودارضایی ( استمنا ) چیست؟

نعمت‌ هایی که جایگزینی براي آن‌ ها نیست.

چند روايت عجيب در مورد پدر و مادر

تقيه چيست و انجام آن در چه مواردي لازم است؟

اعلام برنامه سخنرانی استاد انصاریان در ماه ...