Azəri
Friday 23rd of February 2018
code: 82063

Tərbiyəvi hədislər

Həzrət Əli (ə):
"Ürəklərin istəmək-istəməmək haləti var. Onların sorağına istək və meyillərin yolu ilə gedin. Çünki ürəkləri bir işə məcbur etsələr, (o ürəklər) kor olarlar."
Həzrət Əli (ə):
"Helimli və dözümlü deyilsənsə özünü dözümlülüyə və helimliliyə vur. Elə bir şəxs yoxdur ki, özünü bir şəxsə bənzətsin və onun kimi olacağına ümid olmasın."


Həzrət Əli (ə):
"Hər hansı işdən qorxub çəkinsən, özünü o işin ağuşuna at. Çünki çəkinmək və qorxmağın çətinliyi, qorxuduğun işin özündən daha böyükdür."
Həzrət Əli (ə):
"Eyibli şəxslər, camaatın eybini yaymağı ona görə sevirlər ki, onların öz eybləri üçün bəhanə (üzr) yeri meydana gəlsin." (Etdikləri günahlarının şərikini tapmaqla öz səhvlərini örtmək istəyirlər).
Ğürərül-hikəm, (“Daneşqah” çapı) c. 4, səh. 340
İmam Sadiq (ə):
"Hər kəs birini sevsə ona xəbər versin. Bu, sizin dostluğunuzu möhkəmlədər."
Üsuli-kafi, c.2, səh. 644   
Həzərt Əli (ə):
"Cəmiyyət içində nəsihət etməyin, qarşı tərəfin şəxsiyyətini kiçiltməkdir."
Mizanül-hikmət, c. 10, səh. 582 (“Ğürərül-hikəm”-ə istinad edərək)
Həzərt Əli (ə):
"İdarəetmə və qəyyumluq zamanı təkəbbür etsən, o, vəzifələrdən kənar olduğun zaman zillətinə səbəb olacaq."
“Gürərül-hikəm”  (Daneşqah çapı, c. 3, səh. 316)
Peyğəmbər (s):
"Kimin yanında uşaq varsa özünü (tərbiyəsi üçün onun həddə) uşaqlığa vursun."
Vəsailüş-şiə, c. 15, səh. 203.
İmam Kazım (ə) buyurub:
"Övladlarınıza vəd etdikdə yerinə yetirin. Çünki onlar sizi özlərinin ruziverənləri hesab edirlər. Allah, uşaq və qadınlara görə (sziə) qəzəbləndiyi qədər başqa bir şeyə qəzəblənmir."
Bir şəxs imam Kazıma (ə) çatıb ona uşağının nadincliyindən şikayət etdi. Həzrət buyurdu:
"Övladını kötəkləmə! Ədəbləndirmək və təhbeh etmək üçün ondan küsv və diqqət et ki, küsməyin uzun sürməsin."

latest article

  Hazrat Fatima (S.A) is the Master of All of the Worlds’ Women
  Fatema Zahra (S.A) created from Noor (Light)
  Üç şеydә hеç kimdәn üzr qәbul оlunmаz
  Peyğəmbərin (s) kəlamında mömin, kafir, qəlb və Quran
  Həzrət Rəsuli-Əkrəmdən (s) bənzərsiz hikmətli kəlamlar
  İMAM SADİQDƏN (Ə) QIZIL TÖVSİYƏLƏR
  MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
  Pеyğәmbәrin (s) qоnşuyа hörmәt hаqdа buyruqlаrı
  Dünya möminin zindanı, kafirinsə behiştidir
  Riyakarın əlamətlərini bilirsinizmi?

user comment