Azəri
Friday 23rd of February 2018
code: 82060

Günahkar gənc

Günahkar gənc

Molla Fəthullah Kaşani “Mənhəcus-sadiqin” təfsirində və Ayətullah Kəlbasi “Ənisül-ləyl” kitabında nəql edir:
Malik Dinarın dövründə günahkar bir cavan dünyasını dəyişdiyi vaxt camaat onun cənazəsini gətirib bir zibilliyə atdı.

Həmin gecə Malik Dinara yuxuda buyuruldu: “Bizim bəndəmizin bədəninə qüsl ver, onu kəfənə bürü və salehlərin qəbristanlığında dəfn et.” Malik soruşdu ki, «bu qədər günaha batmış insan necə bağışlana bildi?» Cavab verildi ki, «o, can verdiyi vaxt ağlar gözlə belə deyirdi: “Ey dünya və axirət sahibi, rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti.” (“ya mən ləhud-dünya vəl-axirətu irhəm mən ləysə ləhud-dünya vəl-axirətu”). Malik! Qapımıza gəlmiş hansı dərdliyə dəva qılmadıq?! Kim bizim dərgahımıza üz tutub nalə çəkdi və istədiyi qəbul olunmadı?!»

Yazının tərtibində tərcüm olunmuş kitabların elektron versiyasından istifadə olunub.

latest article

  İmanın nişanəsi namazdır
  Allahın iftixar etdiyi gənc
  Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır”
  Gözəl əxlaq 10 rəvayətdə
  Əzab qorxusu
  Nəfsdən xilas olaq!
  Bəla
  Günahkar gənc
  Əxlaq aynası
  Ümidsizlik kafirlik əlamətidir

user comment