Azəri
Tuesday 14th of August 2018

Nilai Wanita dalam Islam

Nilai Wanita dalam Islam

Əhd–peyman və ona vəfa etmək Qurani-Məcid və əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani həqiqətlərdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır.
“Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: “Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. “Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: “O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. “İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: “Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. “Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: “Ey iman gətirənlər, əhdlərə sadiq olun”.
İslam Peyğəmbəri (s) buyurmuşdur: “Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.” İmam Sadiq (ə) buyurur: “Xalqla rəftarında zülmə yol verməyən, onlara yalan danışmayan, vədini pozmayan insanın mürüvvəti kamil, qeybəti haram, ədaləti aşkardır və onu din qardaşı bilmək lazımdır”

latest article

      Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
      Dünya, Qiyamət günü üçün müsabiqədir
      Quranın hansı ayəsini oxumamaq insana ölüm zamanı həsrət və peşmanlıq gətirər?
      9-cu imamımızın şəhadəti münasibəti ilə başsağlığı veririk
      İMAM CAVADIN (Ə) ŞƏHADƏTI
      IMAM MӘHӘMMӘD TӘQI ӘLEYHISSALAM
      IMAM CAVAD ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
      Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
      QƏLBI PAK CAVAN
      QƏFİL VƏ DÜŞÜNÜLMƏMİŞ BEYƏT

user comment