Azəri
Monday 20th of August 2018

Quranın ən ümidverici ayələri haqqında

Sual : Quranın hansı ayəsi günahkarlara daha çox ümid verir?

 

Qısa cavab:

Ətraflı cavab:      Allah-taala "Zumər" surəsinin 53-cü ayəsində məhəbbətinin, lütfünün və rəhmətinin sönsuzluğundan danışır və bütün günahların əfv olma fərmanını vermişdir. Buyurur:
قُلْ یا عِبادِیَ الَّذِینَ اَسْرَفُوا عَلى اَنْفُسِهِمْ لاتَقْنَطُوا مِنْ رَحْمَهِ اللّهِ اِنَّ اللّهَ یَغْفِرُ الذُّنُوبَ جَمِیعاً اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیم
“De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları bağışlayır. Çünki bağışlayan və mehriban  Odur!”
    Əgər bu ayənin ifadələrinə diqqət etsək, görərik ki, o, bütün günahların bağışlanması ilə bağlı ən ümidverici Quran ayələrindən biridir. Bu ayənin mənası o qədər böyükdür ki, Əmirəl-möminin (ə) buyurur:
ما فِى القُرْآنِ آیَهٌ اَوْسَعُ مِنْ یا عِبادِىَ الَّذِیْنَ اَسْرَفُوا...
“Quranın ayələrinin arasında bu ayədən geniş mənalı ayə yoxdur.”
Buna dəlil olaraq aşağıdakıları qeyd edirik:
1. «یا عِبادِىَ»(Ey Mənim bəndələrim) ifadəsi ilə başlaması Allahın lütfünü göstərir.
2. “Zülm, günah və cinayət” kəlmələrinin yerinə “israf” kəlməsini işlətmək də Allahın başqa bir lütfüdür.
3. «عَلى اَنْفُسِهِم» (özlərinə) ifadəsi onu göstərir ki, insanların günahı Onun özünə qayıdır. Bu da Allahın lütfünə digər bir işarədir. Necə ki, ürəyi yanan ata öz övladına deyir: "Özünə bu qədər zülm etmə!"
4.  «لاتَقْنَطُوا»(Məyus olmayın) ifadəsi, “qunut” (kökündəndir) və "xeyirdən məyus olmaq" mənasında olduğundan dəlalət edir ki, günahkar Allahın lütfünə ümidsiz olmamalıdır.
5. «لاتَقْنَطُوا»(Məyus olmayın) cümləsindən sonra gələn «مِنْ رَحْمَهِ اللّهِ» (Allahın rəhmətindən) ifadəsi Allahın özünün xeyir və məhəbbətinə daha da təkid etməsidir.
6.  «اِنَّ اللّهَ یَغْفِرُ الذُّنُوبَ»(Həqiqətən, Allah günahları bağışlayandır) cümləsinə çatan vaxt cümlənin təkid hərfi (innə) ilə başlamasını görürük. «الذنوب» (لام)Əz-Zunub sözündəki əlif və lam hərfi istisnasız olaraq bütün günahları əhatə edir.
7. (cəmiən) «جَمِیْعاً»kəlməsi də təkid kəlməsidir və birinci təkid cümləsinə əlavə olaraq, ümidvarlığı kuliminasiya mərhələsinə (zirvə nöqtəsinə) çatdırır.
8 və 9. Allahın ümid sifətlərindən olan “rəhim” və “ğəfur” kəlmələrini vəsf etdikdə, məyusluğa və ümidsizliyə yer qalmır. Bəli, elə buna görə də, yuxarıdakı ayə Quranın ən geniş ayələrindəndir və bütün günahları əhatə edir. Həqiqətən də, sonsuz lütf və naməhdud feyzlə dolu olan Allahdan bundan başqa bir şeyi gözləmək olmaz. Rəhməti qəzəbinə üstün gələn, rəhməti üçün bəndələrini yaradan və qəzəbi üçün deyil mehribanlığı üçün rəhmətini yağdıran Allah daha böyük və ucadır. Allah mehriban və bağışlayandır. (1)

latest article

      Riyakar və saxtakar insanın üç əlaməti
      Səfura; Şüeyb (ə)ın qızı
      Yaxşılıq haqqında hədislər
      Bağışlanmanın səbəbləri hansılardır?
      “Qüdrət” qanunu (burhanı)
      AYAQLARIN MƏSH EDİLMƏSİ
      QARĞIŞ
      Milli Şura və Müsavat partiyası birgə mitinq keçirdi
      Həqiqəti göstərən eynək
      Mömini bəzəyən 8 xüsusiyyət

user comment