Azəri
Saturday 26th of May 2018

Sentyabırın 1-i Qurban Bayramıdır – Ərəfə günü və Qurban bayramının əməlləri

Sentyabırın 1-i Qurban Bayramıdır – Ərəfə günü və Qurban bayramının əməlləri

 Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, qarşıdan müqəddəs günlərindən biri, bəşəriyyətin Xaliqi qarşısında bəndəçilik keyfiyyətinin təntənəsini simvolizə edən Qurban bayramı gəlir.

Bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. İİR və Azərbaycan üfüqləri eyni olduğu üçün həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək. Ərəfə günü isə, Qurban Bayramından bir gün öncə zil-hiccə ayının 9-zü miladi tarixlə avqustun 31-dir.

 

Əlavə məlumatlar:

Qeyd edək ki, Qurbanlıq yalnız Həcc mövsumunda Məkkə şəhərində əməlləri yerinə yetirən hacılara vacibdir. Amma buna baxmayaraq Həcc ziyarətində olmayanlar da, Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər.

El arasında adətən qurbanlıq üçün qoyuna üstünlük verilsə də, lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hətta Qurban kəsən şəxs həmin ətdən özünə pay da götürə bilər.

 

Ərəfə günü və Qurban bayramının əməlləri

Zilhiccə ayının 9-cu günü Ərəfə adlanır. Bu gün müstəhəbdir insan:

1- qüsl versin.

2- Oruc tutsun. (Nəzərdən qaçırmayaq ki, ertəsi gün, yəni Qurban bayramı günü oruc tutmaq haramdır).

3- Ərəfə günündə İmam Hüseynin (ə) Kərbəladakı məzarını ziyarət etsin.

(İmam Cəfər Sadiq (ə) buyurub ki, ərəfə günündə Allah-təala əvvəlcə İmam Hüseynin (ə) zəvvarlarına mərhəmət göstərib onların ehtiyaclarını ödəyər, günahlarını bağışlayar, ondan sonra Ərəfə çölündə həcc əməllərini yerinə yetirən hacılara mərhəmət göstərər (İbn Qövləveyh. Kamilüz-ziyarat, səh. 318, 539-cu hədis). Əlbəttə, ərəfə gününü Kərbəlada qeyd etməyə imkanı olmayan şəxs İmam Hüseyni (ə) ərəfə günündə məxsus ziyarətnaməsini oxumaqla qiyabi olaraq ziyarət edə bilər).

4- Ərəfə günündə Həzrət İmam Hüseynə (ə) məxsus olan «Ərəfə duası»nı oxusun. (Duanın həcmi böyükdür və «Məfatihül-cinan» kitabında bütöv şəkildə verilmişdir).

5- Ərəfə günündə əsr namazından sonra iki rükətlik müstəhəb namaz qılsın. (Birinci rükətdə Fatihə və İxlas, ikinci rükətdə isə Fatihə və Kafirun surələri oxunur. Həmçinin, ərəfə günündə dörd rükətlik müstəhəb namaz qılmaq (hər rükətində bir dəfə Fatihə fə 50 dəfə İxlas surəsini oxumaqla).

6- Ərəfə günü bu duanı oxusun: «Sübhanəlləzi fis-səmai ərşüh. Sübhanəlləzi fil-ərzi hükmüh. Sübhanəlləzi fil-qüburi qəzaüh. Sübhanəlləzi fil-bəhri səbilüh. Sübhanəlləzi fin-nari sultanüh. Sübhanəlləzi fil-cənnəti rəhmətüh. Sübhanəlləzi fil-qiyaməti ədlüh. Sübhanəlləzi rəfəəs-səma. Sübhanəlləzi bəsətəl-ərz. Sübhanəlləzi la məlca və la mənca minhü illa ileyh».

Tərcüməsi: «Müqəddəsdir o zat ki (yəni Allah), səmada Onun ərşi yerləşir, yerdə Onun hökmü hakimdir. Müqəddəsdir o zat ki, Onun qəzavü-qədəri qəbirlərdə həyata keçir, su Onun hökmü ilə yola dönür. Müqəddəsdir o zat ki, alov (cəhənnəm) Ona tabedir, Onun mərhəməti cənnəti bürüyüb, qiyamətdə Onun ədaləti hökm sürür. Müqəddəsdir o zat ki, səmanı ucaltdı, yeri genişlətdi, Ondan başqa heç kimə sığınmaq və Onun hökmündən qaçıb Onun özündən başqa heç kimin himayəsində xilas olmaq mümkün deyil».

Sonra 100 dəfə «Sübhanallahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər» deyilir. Tərcüməsi: «Allah müqəddəsdir. Allaha həmd olsun. Allahdan başqa məbud yoxdur. Allah hər şeydən daha ucadır».

7- İxlas surəsi və ayətül-kürsini 100 dəfə oxusun və Peyğəmbərə və pak ailəsinə 100 dəfə salavat desin.

Sonra 10 dəfə aşağıdakı dua oxunur: «La ilahə iləllahü vəhdəhü la şərikə ləh. Ləhül-mülkü və ləhül-həmd. Yühyi və yumitü və yumitü və yühyi və hüvə həyyün la yəmut. Biyədihil-xeyrü və hüvə əla külli şeyin qədir». Tərcüməsi: «Allahdan başqa məbud yoxdur. O, təkdir, şəriki yoxdur. Dirildən və öldürən, öldürən və dirildən Odur. Özü isə ölməzdir və diridir. Xeyir Onun hökmündədir və O, hər şeyə qadirdir».

Daha sonra 10 dəfə belə desin: «Əstəğfirüllahəlləzi la ilahə illa hüvəl-həyyül-qəyyum və ətubü ileyh». Tərcüməsi: «Ondan başqa məbud olmayan, diri və qaları olan Allahın hüzurunda günahlarımın bağışlanmasını diləyir və tövbə edirəm». Bundan sonra «ya Allah», «ya Rəhman» və «ya Rəhim» kəlmələrinin hər biri 10 təkrar edilir.

Ardıyca 10 dəfə deyir: «Ya bədiəs-səmavati vəl-ərz. Ya zəl-cəlali vəl-ikram». Tərcüməsi: «Ey göyləri və yeri yaradan. Ey cəlal və kərəm sahibi». «Ya həyyü ya qəyyum» (ey diri və qaları olan Allah), «ya hənnanü ya mənnan» (ey mehriban və hamının minnətdar olduğu Allah), «la ilahə illa ənt» (Səndən başqa məbud yoxdur) və «amin» zikrlərinin də hər birini 10 dəfə demək lazımdır.

Axırda isə bu dua deyilir: «Allahümmə inni əs’əlükə ya mən hüvə əqrəbü ileyyə min həblil-vərid. Ya mən yəhulü beynəl-mər’i və qəlbih. Ya mən hüvə bil-mənzəril-ə’la və bil-üfüqil-mübin. Ya mən hüvər-rəhmanü ələl-ərş istəva. Ya mən leysə kəmislihi şey. Və hüvəs-səmiül-bəsir. Əs’əlükə ən tüsəlliyə əla Mühəmmədin və ali-Mühəmməd».

Tərcüməsi: «Allahım, ehtiyacımı Səndən istəyirəm. Ey mənə şah damarımdan da yaxın olan! Ey insanla qəlbi arasında rabitə yaradan. Ey uca məqamdan hər şeyi görən və açıq-aydın bilən! Ey ərşi öz hökmünə almıq mərhəmət sahibi! Ey özündən başqa məbud olmayan! Hər şeyi eşidən və görən! Sənin salavatın Mühəmmədə və nəslinə olsun!».

Bundan sonra insan ürəyindəki ehtiyacını dilə gətirməlidir. Bu duadan sonra insanın istəyinin həyata keçməsi ehtimalı böyükdür.

 

Ərəfə günündən Qurban bayramına keçən gecə

Ərəfə günündən Qurban bayramına keçən gecə oyaq qalıb ibadət etmək (ehya saxlamaq), nüdbə duasını, İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini, İmam Zeynül-abidinə (ə) məxsus olan «Səhifeyi-Səccadiyyə»dən 48-ci duanı (Qurban bayramı və cümə gününün duası) oxumaq müstəhəbdir. Bu duaların hər birinin həcmi böyükdür və «Məfatihül-cinan» kitabında verilmişdir.

 

Qurban bayramı günü

1- Qüsl etmək.

2- Qurban kəsmək.

3- Qurban Bayramının namazını cəmiyyətlə qılmaq. (Bu namaz eynilə Fitr bayramının namazı kimidir).

4- Təmiz libaslar geyinib ətirlənmək.

5- Qurban bayramı gününün zöhr namazından etibarən zil-hiccə ayının 12-ci gününün sübh namazına kimi qılacağı 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək də böyük savaba malikdir: «Allahü əkbər, Allahü əkbər, la ilahə illəllah, vallahü əkbər, Allahü əkbər və lillahil-həmd. Allahü əkbərü əla ma hədana. Allahü əkbərü əla mə rəzəqna min bəhimətil-ən’am. Vəlhəmdü lillahi ma əblana».

Tərcüməsi: «Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır, Allahdan başqa məbud yoxdur və Allah hər şeydən ucadır, Allah hər şeydən ucadır və həmd Allaha məxsusdur. Bizə verdiklərinə görə, ev heyvanlarından bizə ruzi yetirdiyinə görə Allah hər şeydən ucadır. Bizi sınağa çəkdiyinə görə Allaha həmd olsun».

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

latest article

  Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
  Əhli-sünnə rəvayətlərində “Səqələyn” hədisi
  Azərbaycan tələbələri Ayətullah Amilinin 19 yanvarla bağlı çıxışını dəstəkləyən ...
  İmam Hüseyn(ə)-ın yeni zərihi yerləşdirilir
  "Uşaq Mövlud Olimpiadası"na qeydiyyat davam edir
  Mədəniyyət və İslam Əlaqələri Təşkilatı, Qurana edilən hörmətsizliyi məhkum etdi
  Pakistanın “ Camiətuz-Zəhra” mədrəsəsində Quran və təfsir dərsləri tədris olunur
  Pakistan senatı Qurani-kərimə hörmətsizlik edənlərin cəzalandırılmasını tələb etdi
  Qətərin Milli Quran müsabiqəsinin 19-cu tur komitəsi təşkil olundu
  Dünyanın ən xırda həcimli Qurani Kərimi İİR-dır

user comment

بازدید ترین مطالب سال

انتخاب کوفه به عنوان مقر حکومت امام علی (ع)

داستانى عجيب از برزخ مردگان‏

حکایت خدمت به پدر و مادر

فلسفه نماز چیست و ما چرا نماز می خوانیم؟ (پاسخ ...

سِرِّ نديدن مرده خود در خواب‏

چگونه بفهميم كه خداوند ما را دوست دارد و از ...

رضايت و خشنودي خدا در چیست و چگونه خداوند از ...

سرانجام كسي كه نماز نخواند چه مي شود و مجازات ...

طلبه ای که به لوستر های حرم امیر المومنین ...

شاه کلید آیت الله نخودکی برای یک جوان!

پر بازدید ترین مطالب ماه

فضیلت ماه مبارک رمضان

حاجت خود را جز نزد سه نفر نگو!!

عظمت آية الكرسی (1)  

مرگ و عالم آخرت

با این کلید، ثروتمند شوید!!

ماه رمضان، ماه توبه‏

ذکری برای رهایی از سختی ها و بلاها

منظور از ولایت فقیه چیست ؟

آيا فكر گناه كردن هم گناه محسوب مي گردد، عواقب ...

رفع گرفتاری با توسل به امام رضا (ع)

پر بازدید ترین مطالب روز

تنها گناه نابخشودنی

داستان شگفت انگيز سعد بن معاذ

نجات یک جوان مست با دعای ندبه

مطالب ناب استاد انصاریان در «سروش»، «ایتا»، ...

موضوعات اخلاقی - جلسه دهم - خدیجه سلام الله ...

نعمت‌ هایی که جایگزینی براي آن‌ ها نیست.

چند روايت عجيب در مورد پدر و مادر

راه ترک خودارضایی ( استمنا ) چیست؟

تقيه چيست و انجام آن در چه مواردي لازم است؟

اعلام برنامه سخنرانی استاد انصاریان در ماه ...