Azəri
Monday 20th of August 2018

Suriyalı Hərəm müdafiəçisi olan 5 şəhid Hz. Zeynəb-lə Qonşu Oldu

Şiə şəhəri sayılan Fua əhalisindən olan 5 Suriyalı şəhid, Humus əyalətinə bağlı Hamimə bölgəsində, təkfirçi terror təşkilatı üzvləriylə girdikləri şiddətli qarşıdurma nəticəsində, şəhadət məqamına nail oldular.

Əhlibeyt (ə) Xəbər Agentliyinin verdiyi məlumata görə - Suriyanın şiələr yaşayan bölgələrindən olan Zeynəbiyyə əhalisi, beş Hərəm müdafiəçisi şəhidin nəşini, Hz. Zeynəbin (s) hərəmində torpağa tapşırdı.

Qasan Qasan Aydu, Məhəmməd Nur Lehuh, Ali İbrahim Taki, Hüseyn Zaki Lehuh və Əli Əhməd əl-Hamud adlı Suriyalı Hərəm müdafiəçilərinin nəşləri, şiələrin məskunlaşdığı bölgə olan Dəməşkə bağlı Zeynəbiyyədə, Hz. Zeynəbin (s) hərəmində torpağa tapşırılıb.

Şiə şəhəri sayılan Fua əhalisindən olan 5 Suriyalı şəhid, Humus əyalətinə bağlı Hamimə bölgəsində, təkfirçi terror təşkilatı üzvləriylə girdikləri şiddətli qarşıdurma nəticəsində, şəhadət məqamına nail oldular.

Suriyalı Şiə mücahidlərin pak nəşi, digər silah yoldaşları kimi Hz. Zeynəbin (s) türbəsi ətrafında yer alan, Zeynəbiyə bölgəsində ki şəhidlır üçün nəzərdən tutulmuş qəbiristanlığda torpağa verildi.

Şimal bölgələri, son günlərdə təkfirçi terrorçular və müqavimət gücləri arasında yaşanan, şiddətli qarşıdurmalara səhnə olmaqdadır.

Suriyanın Dəməşq əyalətinə bağlı Zeynəbiyyə bölgəsi, minlərlə şiənin yaşadığı bölgələrdən biri olaraq tanınır. Suriya döyüşünün başlamasından sonra, ölkənin dörd bir yanında ki şiələr, Zeynəbiyə bölgəsinə hicrət etmişdir.

latest article

      SƏBR VƏ YUMUŞAQLIQ
      Yaxşılıq haqqında hədislər
      Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
      Qaraciyərin təmizlənməsi üçün kişmiş suyu
      Texas Məscidləri “Harvey Fırtınası”nadan əziyyət çəkən insanlara yer verdi
      Küfə Məscidində Hz. Müslim İbn Əqilə (ə) əza saxlandı
      Sentyabırın 1-i Qurban Bayramıdır – Ərəfə günü və Qurban bayramının əməlləri
      Teləfir əməliyyatı uğurla davam edir, Həşdu Şəbi işid-çiləri darmadağın edir. ABŞ ...
      Sionist İsrailə aid mühacirət məlumatları yayımlandı
      Satirik şairin anası: Tofiqə pulsuzluqdan yemək göndərə bilmirəm

user comment